AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.06 dollar bahalaşaraq 1 barelə görə 56.53 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.24 dollar bahalaşaraq 61.42 dollar olub.
Azərbaycan neftinin qiyməti bu il ərzində yenidən ən aşağı həddə düşüb. Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 17-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 61,76 dollara satılıb.
Bu, dekabrın 16-da qeydə alınmış qiymətdən 0,15 dollar azdır.

Şərhlər