Menu

"Miqrantların azalması Rusiyanın iqtisadi inkişafını təhlükə altında qoya bilər" - Lavrov

23.04.2025, 18:36
"Miqrantların azalması Rusiyanın iqtisadi inkişafını təhlükə altında qoya bilər" - Lavrov

Əmək miqrantlarının sayının azalması Rusiyanın iqtisadi inkişaf planlarını təhlükə altında qoya bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistanda səfərdə olarkən bildirib.

"Vəziyyəti qlobal miqyasda götürsək, əlbəttə ki, əmək miqrantlarının sayının azalmasına gətirib çıxaracaq tədbirlər bizim maraqlarımıza uyğun gəlmir, çünki işçi qüvvəsinin çatışmazlığı ölkənin inkişafı ilə bağlı müvafiq planları daha az reallaşdıra bilər", - Rusiya XİN başçısı vurğulayıb.

Eyni zamanda, Lavrov qeyd edib ki, miqrantlar Rusiya qanunvericiliyinə əməl etməlidirlər: “Problemin ikinci hissəsi Rusiya qanunlarına riayət etmək və əmək miqrantları arasında kriminal meyllərin yaranmasının qarşısını almaq zərurəti ilə bağlıdır. Bu cür hallar baş verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol