Ukrayna Rusiyanın 2022-ci il fevralın 24-də başladığı müharibəyə son qoymaq üçün danışıqlara açıqdır, lakin kapitulyasiyanı istisna edir.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko Ukrayna nümayəndə heyətinin Londonda danışıqlarda iştirakını şərh edərkən deyib.
"Rusiyanın yenidən qruplaşmasına və yeni qəddarlıqla qayıtmasına imkan verən heç bir razılaşma ola bilməz. Quruda, havada və dənizdə tam atəşkəs ilk zəruri addımdır. Moskva sadəcə, fasiləni seçsə, Ukrayna da eyni şəkildə cavab verəcək".
Sviridenko vurğulayıb ki, Ukrayna dondurulmuş münaqişəni qəbul etməyəcək və Krımın işğalını tanımayacaq. Əgər NATO-ya üzvlük təmin edilməsə, Kiyev gələcək təcavüzün qarşısını ala biləcək və davamlı sülhü təmin edə biləcək sərt və aydın təhlükəsizlik təminatları tələb edəcək.
“AzPolitika.info”


Şərhlər
Министр Экономики, женщина как Киев и Украины с 2022 года заявляет, что страна-Украина не намерена сдаваться не кому (наверное, как Кремль и СССР)? Разве все миролюбивое население Земли и полито-дипломатическим, экономическим или военно-техническм путём не смогут наладить отношение или управлять агрессором?