“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə 1 milyon 300 min dollarının ələ keçirilməsi ilə bağlı məhkəmədə ifadə verib.
Babək Məmmədzadə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
“AzPolitika” xəbər verir ki, bu iş üzrə 33 yaşlı birjaçı Nizami Alışan mühakimə edilir. İttihama görə, Nizami Babək və digər iki nəfərin investisiya saytındakı 4 milyon manatını ələ keçirib.
Babək Məmmədzadə ifadəsində deyib ki, ixtisasca diplomatdır. Xeyli vaxtdır Türkiyədə yaşayır, orada tikinti işi üzrə sahibkardır. Nizami ilə 20 ildən çoxdur tanışdır, orta məktəbdə bir sinifdə oxuyublar.
"Qafqazinfo”-nun məlumatına görə, zərərçəkmiş Nizaminin birja işlərində bacarıqlı olduğunu etiraf edib, bu səbəbdən onunla iş görüb: “2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy, pul götür. Mən də razılaşdım. Əvvəlcə 100 min qoydum. Bir neçə aya 1 milyon 300 min dollar etdi. Amma o pulu götürə bilmədim. 2023-cü ilin əvvəlində artıq şübhələnməyə başladım. Bundan sonra bir müddət də müxtəlif bəhanələrlə məni aldatdı. Gah saxta elektron poçt ünvanları göndərdi, gah dedi pulu başqa şirkətə köçürüb. Məcbur qalıb şikayət etdim. Mənimlə görüşəcəyi gün də onu həbs etdilər. Nizami sinif yoldaşım idi, ağlımın ucundan keçməzdi ki, məni aldadar”.
Fotoda: Məhəmməd Məmmədov

Hakim Vüqar Quliyev zərərçəkmişdən investisiya şirkətinə qoyduğu pulları necə qazandığını soruşub, həmin pulun onda olub-olmamasını dəqiqləşdirmək istəyib. Zərərçəkmiş isə həmin pulları dostlarından götürdüyünü, şəxsi avtomobilində Nizamiyə verdiyini deyib.
Təqsirləndirilən şəxsin vəkili Samir İsayev isə Babəkdən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub.
“Demişdi aylıq qazancın yarısı sənin olacaq. Düzdür, əvvəl təklif etdi ki, istəyirsənsə, daha yüksək faizlə riskli yatırım edək. Amma mən razılaşmadım. Dedim ki, az olsun, amma riskə atmayaq”, - deyə o cavab verib.
Fotoda: Nizami Alışan
.jpeg)
Zərərçəkmişdən sonra təqsirləndirilən şəxs bu epizod üzrə sərbəst ifadə verməyə başlayıb.
Nizami sinif yoldaşının dediklərini qəbul etməyib, Babəkin pullarını qaytardığını bildirib: “Babək deyirdi ki, mənə maksimum qazanc ver. Mən onun özünün qoyduğu pulun hamısını qaytarmışam. O isə daha çox pul istəyirdi. Mən dələduz deyiləm. Babək ali təhsilli insandır. Amma hər bir ağıllı insan bilir ki, investisiyada risk var. Birjaya heç kim 100 faiz zəmanət verə bilməz. O özü də bunu bilir. Babəklə Zeynal Usubov və Yadigar İsrafilov tanış idilər. Onları da mənimlə Babək tanış etmişdi”.
Növbəti iclasda müttəhim digər epizodlar üzrə də ifadə verəcək.
Qeyd edək ki, bu cinayət işi üzrə Nərimanov rayon prokurorunun sabiq müavini Zeynal Usubov və Yadigar İsrafilov da zərər çəkib. Z.Usubov artıq məhkəmədə dindirilib.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.

Şərhlər
Ekc məmur oğlunda bu milyonlar haradandır? Niyə Azərbaycan bu hala gətirilib ? orğu yalnız kaıblardan olunur.bir kaıb ac qalıb bir çörək oğurlaa DİN əjdaha kimi başının üctünü alır.Bə belə hallarla kim məşğul olacaq?
oğrudan oğruya halaldır
OCOC.UK və digər belə şəbəkələr az olmayıb, tam yox da olmayıblar? Bəs dollar, ya digər pullar harada? Kimlərinsə həbsi, ya Məhkəmə bəyəm, faiz qazancı məqsədlə ödənilən yatırım, əmanəti mənimsəyən Dağarların təhqiqatına yönəlməyibmi? Yoxsa, məram *po Sovetski?* bir-iki nəfəri həbs edib, izləri silməkmi?
aztelekom mamedin oglu olan bu uşağ milyonlarla oynayır . baxsan özü heç 1 manat da qazanmayıb. hamısı atasının aztelekomdan çalıb çapdığı pullardır.
Sual hər iştirakçıya, ədalət təhqiqatçısı, müdafiəçisi ilə Knstitusion haqq-hüquq zəmanətinə aiddir? İstər yüz manat, istər milyon, ya milyard haradadır hər manatı? Ümum mülkiyyətdə bu qədər böşuna aldatma, buxarlanma olmurdu? Son manatına qədər yerini dəqiqləşdirib, geri qaytarmaq gərək?! Həbs, qanedici ədalət yox, qapayıcı cəhddir? Ortaq və qazanmışların mülkləri də satılıb, ödənməlidir? OCOS.uk.Az?