Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib.
“AzPolitika” xəbər verir ki, nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib. Fiskal qurum vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.
Nazirlik 2 həftə öncə 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi.
Bəs, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, əvvəlla, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib.
Onun sözlərinə görə, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək: “Çünki depozit gəlirlərində 7.04 faizədək azalma var. Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır”.
İqtisadçı vurğulayır ki, mühüm məqamlardan biri də depozit hərraclarda yerləşən bankların sayı ilə bağlıdır: “Bu dəfə bankların sayı “1” ədəd artaraq 4-dən 5-ə çatıb. Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər”.
V.Bayramov qeyd edir ki, ümumiyyətlə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” kimi qruplaşdırılmır. Onun sözlərinə görə, bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur.
“Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir”, - o, vurğulayıb.
Millət vəkli onu da bildirir ki, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır:“Çünki son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə.
Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır”.
“AzPolitika.info”

Şərhlər
BUNUN YANLIŞ OLDUĞUNU HAKİMİYYƏT GÖRMÜR? BU QƏDƏR PULUN FAKTİKİ OLARAQ İTİRİLMƏSİNƏ NECƏ TOL VERİLİR?
Niyə hakimiyyət vəzifəlilərin özbaşınalığına yol verir?Bunun sirri nədir7Bəs bunun qarşısını im almalıdır..Aı 500 milyon beş manat deyil! Niyə babayev 500 milyon xalqın pulunu mafioz bankirlərə bağışlayır?Bunda məqsəd nədir?
Bu pul onunurŞyoxsa xalqın?Kimdən sordu?.
Pul çoxdan bərabər hüquqlu istehsal məhsullarının universal mübadilə vasitəsi kimi Ölkə (Cəmiyyət) iqtisadiyyatının dünyəvi göstəricisinə çevrilib! İşə-fəaliyyətə yönələn pul-dəyərlər cövlanla yeni, üstəgəl əlavə dəyər də yaradır! Toplam (kapital, maliyyə, valyuta) faiz gətirsə də, ümumən dəyərsizlərşir, ümumən *köpərək dağılmağa doğru gedir*?
Bu üsul çox qədimdən var, ilk dəfə Yusif peyğəmbər taxıl saxlanc formasında tədbiq edib, biraz müasir formasın Məhəmməd peyğəmbər tədbiq etmişdi. Sahil Babayev əsrimizin müqəddəs nəbisidi.
Salam hər kəsə.O yeddi faizlik krediti dövlət bankı yaradaraq camaata versələr hə vətəndaş çox yüklənməz həmidə dövlət büdcəsi kifayət qədər yüksək gəlir əldə edər.banklar 17 faizlə (yaxşı halda) milləti soyurlar.Hazır bu pullar dövlətlə vətəndaş arasında qalar.
Xaricə cıxartmagin bu bir yoludur.
Olmazdımı sərbəst qalıq əhalinin maddi vəziyyətinin yaxşılaşdırmasına yönldilərdi? Onsuz da banklar mafiyalaşıb və gəlirləri kifatət qədərdir.Yəqin Babayev pensiyaları nazirliyin hesabına köçürülən kimi banklarda xüsusi hesaba köçürüb sonra bölgələrə 10-20 gün fasilələrlə transfer etməklə faiz qazanmaq həvəsini burada da tətbiq etməyə başlayıb.Bəs dövlət nəzarəti,xalqın vəziyyəti?
Xalqın pulunu kim necə istəyir elə də fırladır. Kasıb xalq isə çörək pulu tapmır. Quldur Məmurlar isə kefdədirlər