Menu

Aydın Bəşirov haqqında yayılan xəbərləri yalanladı

22.11.2013, 13:35
Aydın Bəşirov haqqında yayılan xəbərləri yalanladı

Ləğv olunmuş Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Bakı Beynəlxalq Hava Limanından geri qaytarıldlğı barədə xəbərlər yayılıb. Musavat.com-un məlumatına görə, sabiq gəmişilik rəisi Almaniyaya gedirmiş. Hava limanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.

Buna görə də A.Bəşirov aeroportdan geri qayıtmalı olub. Hava limanında əsəbiləşən A.Bəşirov bir neçə saat sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sabiq rəisin hazırda həmin xəstəxanada müalicə olunduğu bildirilir.

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı A.Bəşirovun özünün mövqeyini öyrənməyə çalışsa da, bu, mümkün olmayıb. Belə ki, o, əməkdaşımızın sualını dinləyəndən sonra barəsində yayılan xəbərlər haqda danışmaqdan imtina edərək, telefonu qapadıb.

Ancaq publika.Az-a açıqlamasında sabiq rəis haqqında yayılan məlumatları n tamamilə cəfəngiyyat və yalan olduğunu deyib: “Bu məlumatlar heç bir həqiqəti əks etdirmir. Ağıllarına nə gəlir yazırlar. Məlumatlar yalandır”.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol