Menu

28 Avropa İttifaqı ölkəsinin iki həftəlik sammiti başlayır

18.12.2014, 13:15
28 Avropa İttifaqı ölkəsinin iki həftəlik sammiti başlayır

Bu gün – 18 dekabrda Brüsseldə 28 Avropa İttifaqı ölkəsinin iki həftəlik sammiti başlayır.

Ölkə rəhbərlərinin Avropada iqtisadi durumu, Avropa İttifaqı ölkələrində iqtisadi artımın stimullaşdırılması, o cümlədən Ukraynada vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Üzv ölkələr Rusiyada vəziyyətin daha da pisləşəcəyi halda yarana biləcək iqtisadi riskləri götür-qoy edəcəklər.

Bundan öncə Reuters məlumat yayıb ki, Aİ Krıma investisiya qoyulması ilə bağlı sanksiyaların genişləndirilməsinin mümkünlüyü məsələsinə də baxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol