Müharibəni dayandırmaq üçün danışıqlara başlamağın mümkünlüyü barədə danışmaq üçün Rusiya əvvəlcə ən azı 30 günlük real atəşkəsə razılaşmalıdır.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa “telegram”-da yazıb.
“Ukrayna hər hansı formatda sülh danışıqlarına hazır olduğunu bir daha təsdiqləyir, yalnız o zaman ki, biz Rusiyanın həqiqətən də sülhə aparan çətin yola hazır olduğunu görəcəyik, nəinki “sülh populizmini” və ya mayın 9-da keçiriləcək parad naminə qısamüddətli atəşkəs təbliğatını”, - nazir yazıb.
Sibiqanın fikrincə, Rusiya ən azı 30 günlük real atəşkəsə gedərək, sülh danışıqlarına real hazır olduğunu nümayiş etdirə bilər: "Əgər Rusiya 60 və ya 90 günlük atəşkəsə hazırdırsa, biz də hazırıq".
“AzPolitika.info”


Şərhlər