Menu

“Nida”çıların cinayət işi üzrə məhkəmə baxışı təyin edildi

22.11.2013, 12:05
“Nida”çıların cinayət işi üzrə məhkəmə baxışı təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasının qərarı elan olunub. Qərara əssən, cinayət işi üzrə məhkəmə baxışı noyabrın 28-nə təyin edilib.

Hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilən vəsatətlərin heç biri təmin olunmayıb. Onların bir qismi rədd olunub, bir qismi isə baxılmamış saxlanılıb.

Qeyd edək ki, hazırlıq iclası dövründə təqsirləndirilən şəxslər və onların vəkilləri iş üzrə məhkəmə baxışının başlanmasına razı olmadıqlarını deyib, cinayət işinə xitam verilməsini istəyiblər.

Dövlət ittihamçısı isə ötən prosesdə müdafiəçilərin verdikləri vəsatətlərə münasibət bildirib. Prokuror həmin vəsatətlərin əsasız olduğu üçün təmin olunmamasını xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol