Menu

Ötən ay Azərbaycan-İran sərhədində silahlı insident olub - İki nəfər zərərsizləşdirilib

02.05.2025, 13:31
Ötən ay Azərbaycan-İran sərhədində silahlı insident olub - İki nəfər zərərsizləşdirilib

Aprel ayında İran İslam Respublikasından 2 pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol