Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. Qadın həyat yoldaşının spirtli içki aludəçisi olduğunu, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirdiyini bildirib
“AzPolitika” xəbər verir ki, o, "Haqqin.az"-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.
O, iddia edib ki, MSK sədrinin oğlu Məhəmməd Pənahov tərəfindən mütəmadi olaraq döyülüb, ağır fiziki işgəncələrə məruz qalıb, nəticədə yaşadıqları ABŞ-ni tərk edərək Azərbaycana qayıdıb.
Qeyd olunur ki, xanım H.P 2022-ci il iyunun 28-də Bakıda 38 yaşlı Məhəmməd Pənahovla ailə həyatı qurub. Daha sonra cütlük ABŞ-nin Los-Anceles şəhərinə köçüb. M.Pənahov Hollivud ulduzlarının yaşadığı ərazidə atası tərəfindən alınmış 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayıb.
Sözügedən mülkiyyət “Alphaand Export FZ-LLC” şirkəti vasitəsilə Məhəmməd və Ülviyə Pənahovların adına alınıb. Cütlüyün maliyyə vəziyyəti də qaydasında olub — müxtəlif ölkələrdəki bank hesablarından milyonlarla vəsait xərclənib. İddialara görə, bu vəsaitlər Məhəmməd Pənahovun atasının dəstəyi ilə təmin olunub.
Qeyd olunur ki, cütlüyün Amerikadakı dəbdəbəli həyatı tezliklə kabusa çevrilib. Çünki M.Pənahov spirtli içkilərə aludə olub və evdə tez-tez zorakı davranışlar sərgiləyib. Hətta qadının hamilə olduğu dövrdə onun fiziki təzyiqə məruz qalması nəticəsində uşağını itirdiyi bildirilir. 17 ay davam edən dözülməz həyatın ardından H.P. ABŞ-dəki villanı tərk edərək Bakıya qayıdıb.
O, bildirib ki, Azərbaycanda da rahatlıq tapa bilmir və həyat yoldaşının təhdidlərinə məruz qalmağa davam edir.
H.P Binəqədi Rayon Məhkəməsinə boşanma tələbi ilə müraciət etsə də, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, proses nəticəsiz qalıb. İddia olunur ki, Məhəmməd Pənahov təkcə həyat yoldaşını deyil, onun hüquqlarını müdafiə edən vəkil Esmira Hüseynovanı da təhdid edir.
Pənahov ailəsi H.P.-nin ABŞ-yə geri qayıdaraq "qızıl qəfəsdəki" dəbdəbəli həyata dönməsini və yenidən həmin təzyiqlərə dözməsini tələb edir. Lakin H.P. bu həyat tərzini rədd edib və Azərbaycanın dövlət qurumlarına — Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı və qadınlara yardım məqsədi ilə fəaliyyət göstərən sığınacaqlara müraciət edib.
Qeyd edək ki, iddialarla bağlı Məhəmməd Pənahovun da mövqeyini dərc etməyə hazırıq.
Rasim Əliyev
“AzPolitika.info”




Şərhlər
...kor nal vuranı olar.
Məsələnin incə tərəflərindən biri 2 milyon pulun mənbəyidir. Əgər o olmasaydı, əvvəla nə Amerikada ev, nə də Məhəmməd kimi birinin də, "qoçuluğu" olmazdı. 2-cisi o pulun "halallığına" heç şübhəniz olmasın. Biz ayda 300-400 və bəzən daha çox pul qazanarağ israfçılığa yol verəndə, Məzahir müəllim qənaət rejimini tətbiq edərək o vəsaiti yığmışdır. Yəqin gəlin də pulu çox görərək, "varlığa nə darlığ" prinspini əldə rəhbər tutarağ, əksər camaat kimi, sağa-sola xərcləmiş, səpələmişdir ki, bu da Məhəmmədin qənaət prinsipi ilə necə deyərlər, riyazi terminalogiya ilə desək, tərs mütənasibliyə səbəb olmuşdur və nəticə də bəlli...
Məzahirin milli kökü haradandır ? Bu nədən irəli gəlir?Torbadakı pişik?
Burada daha ciddi məqam xanıma işgəncənin niyə verildiyidir.Axı adama duran yerdə işgəncə verməzlər.Yox əgər əbəb yoxdura ona Məzahirin oğlu qğıl tərəfdən zaydır.Bu zaman niyə ağıldan qayı evləndirib və ya qız valideyinləri üçünmyiblər ki,yeni qohum ağlamırmı?ümumiyyətlə Məzahirin özünün pixiki yaralılığı şübhə doğurur.Çünki mculiyyət düşünən,anlayan adam bu qədər yalanlarla yaşamaz.
Məzahirin oğlunun üz sifətinə baxanda xəstə olmasından xəbər verir. Bir ailəni idarə edə bilməyənlər böyük vəzifə sahibi olurlar, çox acınacaqlıdır... Mövcud qanunarımıza əsasən Məzahirin xəstə oğlu təcili olaraq həbs olunmalı, başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər !
Bilən var görəsən Məzi kimin qızın alıb oğluna?
Adi bir kasıb arvadına bir çırtma vuranda hakimiyyət zorakılıq, gender bərabərliyi deyə çığır-bağır salır. Indi səsləri çıxmır? Kasıbı məcbur edib aliment ödətdirənlər, sabah Məzahirin oğluna aliment ödətdirə bilərlər görəsən? Yoxsa belə qanunlar ancaq kasıblara şamil olunur. Azərbaycan deyil, Bazarbaycandır.
Məzagir bu boyda milləti aldadır ancaq bir uşaq tərbiyə edə bilmir? Tərbiyəsiz
Məzahir Pənahov təmiz yolla o sərvətləri əldə etməyib. Haram yolla, saxta seçkilər nəticəsində o var dövləti əldə edib. Haram pulun axırı bərbad olar deyiblər. Xanıma işcəngə verdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır onun oğlu. Qanun Şahdır, şah qanun deyil.
Görəsən Korrupsiyaya qarşı Mübarizə Komissiyası, prokurorluq orqanları Məzahir Pənahovun bu dəbdəbəli həyata xərclənən milyonları haradan aldığını niyə araşdırmır?
Məzahirdən soruşsan 2 milyonluğ evi hansı pulla almısan, o da, metro Tağı kimi deyəcək ki, 30-40 ilin əmək haqqımı yığıb aldım...
Haram pulların ah-naləsi,hələ bu muṣduluqdur
Məhkəmə hansı tərəfdə pul var o tərəfə səmtlənir, yıxılır, bu Azərbaycan reallığıdı... Məhkəmə Məhəmməd Pənahovun nəinki, boşanmasını onu təcili həbs etməlidir. Yaxşı deyək ki, bunun oğlu belə arvadı üzərində qoçuluğ edir, bəs atası hara baxır???...Əgər Məzahirin oğlunun əməllərindən xəbəri varsa, deməli özü də çox pis adamdır. Qadının şəklinə ürək ağrısı ilə baxdım, yaşaya bilmirsən, səni qane eləmir, boşanın da, daha niyə qadına zülüm verirsən ...