8 milyon dollara satılan mülk onun malikanələrindən yalnız biridir
Videoda gördüyünüz villa Tbilisi prospektində yerləşir və əmlak satışı saytlarının birində cəmi 8 milyon ABŞ dollarına satışa çıxarılıb.
“AzPolitika”-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, bu dəbdəbəli və Azərbaycan standartlarına görə kifayət qədər bahalı hesab olunan villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.
Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyev yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir. Bunun mehdiyevlər ailəsinin maliyyə problemlərindən irəli gəlib-gəlmədiyini deyə bilmərik. Ancaq bir şey məlum reallıqdır ki, Azərbaycanda iri məmurlar vəzifədən atılan kimi, uzun illər qurub yaratdıqalrı ailə biznesləri, biznes imperiyaları da geriləməyə, ”çat verməyə” başlayır. Bu baxımdan R.Mehdiyevin və yaxınlarının da eyni mənzərə ilə üzləşdiyini istisna etmək olmaz.
Ancaq təbii ki, R.Mehdiyevin imkanları, malikanələri bir villa ilə məhdudlaşmır və bu, çoxsaylı mülklərin yalnız biridir. Bundan başqa mətbuatda Mehdiyevin “Bank BTB” də daxil olmaqla, böyük biznes şəbəkəsinə malik olduğu barədə çoxsaylı materiallar dərc olunub...
Azərbaycanda artıq çoxdandır ki, hansısa iri məmurun bahalı villası, on milyonlarla, yüz milyonlarla ölçülən varidatı, xaricdəki bank hesabları, biznesləri və s. heç kimi təəccübləndirmir. Bu cür maklikanələr, varidat, cah-cəlal sadəcə, Azərbaycanın sərvətlərinin R.Mehdiyevin və onun kimilərin cibinə axdığı barədə təsəvvürləri daha da gücləndirir.
Cəmiyyət isə artıq bunu adi hal, norma kimi qəbul edib. Sanki elə bu cür də olmalıdır. Kimsə də onlara “gözün üstə qaşın var” demir və yəqin ki, yaxın gələcəkdə də deməyəcək. Lakin buna baxmayaraq, maraqlı olan son zamanlar sabiq məmurların Azərbaycandakı malikanələrini, bizneslərini və s. satışa çıxararaq, xaricə üz tutması, pullarını xaricə çıxarmasıdır. Bu hala kifayət qədər tez-tez rast gəlinir və buna aid çoxsaylı nümunələr var. Belə görünür ki, belələri Azərbaycanda nə özlərinin, nə övladlarının, nə də nəvələrinin gələcəyini görmürlər, əvəzində Avropada, Amerikada Azərbaycandan oğurlanan milyonlarla sakit və qayğısız həyat sürməyə üstünlük verirlər...
C. Məmmədov
“AzPolitika.info”


Şərhlər
Belə hallar, yəni 8 milyonluq villa, üzüm, meyvə sahələri, plantasiyaları, övladları nazir müavini, professor, həyat yoldaşı kafedra müdürü, professor, müxtəlif çoxsaylı əmlaklar və s. və i...mənim kimisində Vətənpərvərlik hissini öldürür. Belə ki, mənim təqaüdüm dərmanlarımın alınmasına çatmır, övladlarım vətənə borclarını yəni əsgərlik və s...verib, bunun övladı (heç o biri məmurların da) heç əsgərlikdə olmayıb, ancaq nazir müavinidir...???????????
Maraqlısı odur ki, bu illər ərzində Ramiz Mehdiyev kimi işdən çıxarılan yüksək ranqlı məmurlardan hüquqi qaydada hesab sorulmur ki, sən məmur maaşınla bu imperiyanı ( tək villalar deyil axı) hansı pullarla yaratmısan. Nədir bu hesabın sorulmamasının səbəbi əcaba. Neçə ki, bu hesablar sorulmur və əllərindəkini satdırib büdcəyə ödətmirlərsə ( vaxtı ilə Gürcüstanda məmurları həps edib, əllərindəkini tamamilə satdırıb bücəyə ödəmələri barədə qəbz gətirəndən sonra buraxdılar. sonra onların bəziləri taksi sürməklə və fəhləliyə başladılar. məncə bu ən böyük cəza idi) bu haqsızlaq, daha doğrusu rüşvəyin kökü kəsilməyəcək.
Hörmətli Azpolitika, hər dəfə özümə söz verirəm ki, yazılara şərh verməyim, sonda vicdanım yol verməyir ki, münasibət bildirməyim. Bu yazı ilə bağlı artıq üçüncü dəfədir ki, gün ərzində şərh göndərirəm, onu işıqlandırmaqdan çəkinirsiniz. Bildiyim qədər Siz dövlətin mövqeyini dəstəkləyirsiniz.
Ölkə başçısı müsahibələrinin birində qeyd etmişdir ki, o, saytlarda gedən yazılardan xəbərdardır, yəni ölkədə nə baş verdiyindən məlumatlıdır. Rəhmətlik Lütfi Zadə 2010-cu il 19 iyul tarixdə “Azadlıq” radiosuna verdiyi müsahibəsində bildirmişdir ki, “Mən İlham Əliyevi Sinqapurun lideri ilə müqayisə edirəm. Onlar çalışırlar ki, insanları başa düşsünlər, ölkəni irəli aparırlar. O, işıqlı bir liderdir.” Sinqapurun lideri Li Kuan Yunun adı yəqin ki, bir çox azərbaycanlılara məlumdur. O, hətta çirkaba bulaşmış ən yaxın adamlarını məsuliyyətdən yayınmağa imkan vermədi və xırda, cırtdan boyda dövlət bütün dünyaya meydan oxuyur. ...Heç kim toxunulmaz olmamalıdır?elə Ramiz Mehdiyevin özü də. O, artıq bu məmləkətdə heç kimi vecinə (vec onun harasındadır, yəqin özü bilər) almır. Bu əslində hazırda vəzifədə olan məmurlar üçün president yaradır. ...Yeni, təkrar təyin olmuş Baş ptokuror Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi hara baxırlar? Cəlal Məmmədova isə bərəkallah deyirəm, halal olsun. Əsl dövlət adamı odur.
Onlar ciddi axtarılıb tapılıb.adfamiliya azərbaycanlaşdırılıb,qorunub.yetişdirilib və Azərbaycana vəzifələrə yerləşdiriliblər.Onlara imkan,oğurluq,ruşşvət məhdudiyyəti qoyulmayınb,əməllərinə göz yumulub. Bu gün də onlara gözün ütə qaşın var deyən yoxdur.Bu qayda ilə Azərbaycan xalqını bədbəxt güna düçar edən hakimiyyətimiz xalqa zülm edir.
Ölkə başçısı müsahibələrinin birində qeyd etmişdir ki, o, saytlarda gedən yazılardan xəbərdardır, yəni ölkədə nə baş verdiyindən məlumatlıdır. Rəhmətlik Lütfi Zadə 2010-cu il 19 iyul tarixdə “Azadlıq” radiosuna verdiyi müsahibəsində bildirmişdir ki, “Mən İlham Əliyevi Sinqapurun lideri ilə müqayisə edirəm. Onlar çalışırlar ki, insanları başa düşsünlər, ölkəni irəli aparırlar. O, işıqlı bir liderdir.” Sinqapurun lideri Li Kuan Yunun adı yəqin ki, bir çox azərbaycanlılara məlumdur. O, hətta çirkaba bulaşmış ən yaxın adamlarını məsuliyyətdən yayınmağa imkan vermədi və xırda, cırtdan boyda dövlət bütün dünyaya meydan oxuyur. Hazırda bilmirəm ölkə rəhbərliyi bu yazılardan məlumatlıdır ya yox, bir onu bilirəm ki, erməni dığalarına yumruq göstərən Prezidentin yumruğu haradadır? Heç kim toxunulmaz olmamalıdır. Bu əslində hazırda vəzifədə olan məmurlar üçün insident yaradır. Cənab Prezident bu yazılara reaksiya verməlidir, çünki, vaxtı ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı o öz siyasi iradəsini ortaya qoymuşdur. Bu cəmiyyətdə elə bil ki, hamı bir-birinin yanında gözü kölgəlidir. Yeni, təkrar təyin olmuş Baş ptokuror Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov hara baxırlar? Cəlal Məmmədova isə bərəkallah deyirəm, halal olsun. Əsl dövlət adamı odur.
Ramizin haramxorluğunun həddi-hüdudu yoxdur.
Halal olsun.Bacarıb edib hər kəs bacarmır ki...
Bu mülk rusyada yaşayan məhşur iş adamı V.Ələkbərovundur.
Cemiyyet neylesin..? Dogrudanda onlara gözūn ūste qaşin var deyen yoxdur......
Yazıq bir kasıb ev tikəndə neçə yerdən gəlib ilişirlər. Ancaq talançılar ölkəni xalqı talan edib min hoqqadan çıxırlar. Xətirlərinə dəyən də yoxdur. Necə bir məmləkətdə yaşayırıq. Daha doğrusu yaşamırıq yatırıq
Bu da əldə etdiklrini pula çevirib xaricdə yerləşəcək.Axı bunlar Azərbaycan türkü deyillər.
Qəribə heç bir şey yoxdur ,satacaq bütün mülklərini ,xaricə köçəcəklər ,özü isə ölənə kimi Novxanıda kef edəcək
"Videoda gördüyünüz villa Tbilisi prospektində yerləşir və əmlak satışı saytlarının birində cəmi 8 milyon ABŞ dollarına satışa çıxarılıb."...fikir verin, cəmi 8 milyon dollara...