"Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib. "Qaynarinfo"-mum məlumatına görə, bu vəzifəyə Ahmad Gozal gətirilib.
Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.
Elə həmin ildən etibarən "Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.
Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.


Şərhlər
Guya yeni bir iş olub?Gözəl ,öz oğlunu yerinə keçirdi .Hara getdi?Yenə mənşəi bəlli olmayan ərzaqlarla xalqı zəhərləyəcəklər.Buna baxan var?Müddəti keçmiş ərzaqları yenidən qablaşdıracaq, mağazalara verəcəklər (əvvəlki kimi ).Köhnə hamam !Nəzarət etmli orqanlar,AQTA onlardan uzaqlaşırılıb.Nyə?
Azrbaycan xalqını zəhərləməkdə davam edirlər