Menu

Hesablama Palatasına yeni sədr təyin olundu

22.11.2013, 12:37
Hesablama Palatasına yeni sədr təyin olundu

Azərbaycan Hesablama Palatasına yeni sədr təyin olunub. Bu barədə qərar Milli Məclisin bu gün keçirikən iclasında verilib. Vüqar Gülməmədov Hesablama Palatasının sədri təyin olunub.

Qeyd edək ki, Vüqar Gülməmədov hazırda kənd təsərrüfatı naziri olan Heydər Əsədovu əvəzləyib.

Xatırladaq ki, yeni sədr uzun müddət Hesablama Palatasında şöbə rəisi vəzifəsində çalışıb.

Vüqar Tapdıq oğlu Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib.

1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib.

1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb.

1997-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin (idarəsinin) müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi olub.

2007-ci ildən Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol