Menu

NATO Trampın Ukraynada müharibəyə son qoymaq səylərini tam dəstəkləyir

15.05.2025, 15:45
NATO Trampın Ukraynada müharibəyə son qoymaq səylərini tam dəstəkləyir

Türkiyənin təsirli müdafiə sənayesi bazası var.

APA xəbər verir ki, bu barədə Baş katib Mark Rutte NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

NATO-dan Trampın sülh səylərinə tam dəstək

Rutte bildirib ki, NATO olaraq ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq istiqamətindəki səylərinə tam dəstək verirlər: “Biz Prezident Trampın Ukraynada müharibəyə son qoymaq səylərinə tam dəstəyimizi bir daha təsdiqləyirik".

Ukraynaya yardım: müdafiə üçün, müharibə üçün yox

"Ukraynaya dəstəyimiz müharibənin davam etməsi üçün deyil, bu ölkənin gələcəkdə özünü müdafiə edə bilməsi üçündür”, - o qeyd edib.

Türkiyənin diplomatik rolu NATO-nun diqqətində

NATO Baş katibi Türkiyənin bölgədəki diplomatik roluna da diqqət çəkib: “Türkiyənin bir araya gətirmə gücü bəllidir. Bunu hər gün görürük”, – Rutte İstanbulda keçirilən Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı bildirib.

NATO Baş Katibi Türkiyənin müdafiə sənayesini barədə

NATO Baş katibi Türkiyənin müdafiə sənayesinin gücünü də xüsusi vurğulayıb: “Türkiyə təsiredici müdafiə sənayesi bazasına malikdir. ABŞ və Avropanın bütün sənaye sektorları və ölkələri ilə sıx əməkdaşlıq edir”.

Rutte: “Rusiya NATO-nun iqtisadi potensialının cəmi 5%-nə sahibdir”

Onun sözlərinə görə, Rusiya cəmi üç ayda NATO-nun bir ildə istehsal etdiyi qədər sursat istehsal edir. Bununla yanaşı, Rusiyanın iqtisadi gücü NATO ölkələrinin ümumi iqtisadi potensialının cəmi beş faizini təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol