Menu

Putin bu səbəbdən Türkiyəyə gəlməyib? - Qərb kəşfiyyatından iddia

15.05.2025, 20:44
Putin bu səbəbdən Türkiyəyə gəlməyib? - Qərb kəşfiyyatından iddia

Kremlin rəhbəri Vladimir Putin Ukraynada apardığı uğursuz müharibə səbəbindən yaxın vaxtlarda hakimiyyətini itirə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə Qərb kəşfiyyatı məlumat yayıb.

Mütəxəssislər 72 yaşlı Rusiya liderinin artıq “ölü adamın yeriməsi” vəziyyətində olduğunu və artan sui-qəsd təhlükəsi ilə yaşadığını bildirirlər.

Putin hazırda ciddi təhlükəsizlik tədbirləri görür və Kremlin qorunan ərazisindən nadir hallarda çıxır. Bildirilir ki, Ukrayna xüsusi təyinatlılarından, Rusiya daxilindəki müxaliflərdən və ya yaxın çevrəsindən gələn təhlükələr səbəbindən daim ayıq vəziyyətdədir.

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları məqsədilə Türkiyəyə səfər edib. O, Putini üz-üzə görüşə dəvət etsə də, Rusiya lideri təhlükəsizlik səbəblərini əsas gətirərək bu təklifi rədd edib.

Böyük Britaniyanın tanınmış hərbi eksperti, polkovnik Hamiş de Breton-Qordon bu haqda deyib:“Putinin İstanbula gedib Zelenski ilə görüşməsi mümkün deyil. Ya təhlükəyə düşəcəyindən, ya da hərbi cinayətlərə görə həbs ediləcəyindən qorxur”.

“AzPolitika.info”

Şərhlər

Bədri Çıraqlı 2025-05-16 10:41:16

Sosializm və SSRİnı İqtisadiyyat günahkarı kimi buraxdıranlar Kreml, *QƏRB*lə özəl inteqrasiya marağında 1986cı ildən *Rusizm* (RusBAŞ) körpü siyasəti ilə de fakto dünyəvi *Rusofob* körpü siyasətinə nail olublar. *Körpü fiqurun* Lider V.V.Putinin olmadığı aşkar duyulmurmu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol