Menu

QARABAĞ VETERANLARI VƏ ƏLİLLƏRİNİN SAYI AÇIQLANIB - Onlara nə qədər təqaüd verilir?

15.05.2025, 20:42
QARABAĞ VETERANLARI VƏ ƏLİLLƏRİNİN SAYI AÇIQLANIB -  Onlara nə qədər təqaüd verilir?

2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda müharibə veteranlarının sayı 184 574 nəfər olub. Onlara ayda 80 manat Prezident təqaüdü verilir. 

“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinini məlumatında bildirilib.

“Müharibə veteranı” statusu daşlyan şəxslərdən 180 836 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edənlərdir.

3 738 nəfər müharibə veteranı isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər, keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir.

2025-ci il aprelin 1-nə olan məlumata görə, 1941-1945-ci illər müharibəsiinin iştirakçılarının sayı 13 nəfərdir. Onlara ayda 330 manat Prezident təqaüdü verilir.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı da açıqlanıb – 19 520 nəfər.

Onlardam Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər 14229 nəfər təşkil edib (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 382,87 manat).

Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 822 nəfərdir (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 386,11 manat).

Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər isə 2 469 nəfər (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 400,27 manat) təşkil edib.

Şərhlər

Ceyhun 2025-05-17 13:36:28

Hətta bəzi müharibə veteranları varki,əlavə müharibəndən sonra 6 ayda saxlamaqla vətənə artıq xidmət etdilər və bunla bağlı əlavə xidmət etmiş əsgərlərə fərq,güzəşt qoyulmadı.Amma səfərbərliyə qaldığı 3 ay müddətinin qarşılığında ödəniş ödənildi.Amma bəzi əsgərlərə səfərbərlikdən də çox, müharibəndən sonra 6 ay əlavə vətənə artıq xidmət etmiş əsgərlərə dövlət tərəfindən güzəştli fərq qoyulmadı....

Durdane Aslanova 2025-05-17 10:59:49

noldu bu veteranlarin pulu artacagdi 80 manat olarag qalir her defe deyirler artacag artirmirlar ...

Vusale 2025-05-17 01:38:16

Menimde oglum veterandi 80 manat alir canini qoydu muharibede niye artirilmir axi

Cahangir Rəcəbov 2025-05-16 21:41:13

ALLAH BÖYÜKDÜR ALLAH TƏKTİR

Quliyev Behruz Gülbala oğlu 2025-05-16 18:28:20

Men 2016.2020 vətən uğrunda gedən döyüşlərdə.iştirak etmişəm hələ nə status nədə medalalimiz verilib dərdimizi kimə deyek

Mətləb Mustafayev 2025-05-16 11:53:14

Imakan verirsinizki dərdimizi yazax heç kəsə güvən qalmayıb. O verdiyiniz 80 manatı qaldırmırsınızsa bir dəfəlik ləğv edin. 80 manatı deputatların maaşına əlavə edin. Onların çox ehtiyacı var, nəyinki biz Veteranlara

Gülleyla 2025-05-16 05:32:23

Təqaüdlər artırılanda ilk növbədə Qarabağ müharibəsi qazilərini nəzərdə tutmaq vacibdir.

Mirzəyev Şahin 2025-05-15 21:30:41

Mən 2ci Qarabağ müharibsi iştirakçısıyam 80 manat təqüd alıram bu 80manata niyə artım olmur günü gündən hər şeyin qiyməti qalır bu qiymətləri qaldıranlar bir zəhmət bizidə nəzərə alsınlar 80 manatıda qaldırsınlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol