Menu

SƏYYAD ARAN DA ŞİKAYƏTLƏNİR - "5 min manat maaşla necə pul yığıb maşın alım?”

16.05.2025, 21:05
SƏYYAD ARAN DA ŞİKAYƏTLƏNİR  - "5 min manat maaşla necə pul yığıb maşın alım?”

“Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur. Hər yerə idarənin maşını ilə gedirdim. İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm”.

"AzPolitika" xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Səyyad Aran bildirib.

S.Aran qeyd edib ki, bəzən tədbirlərə köməkçisinin maşını ilə gedir: “Mən kiməsə buna görə müraciət edə bilmərəm. Gedib kiməsə deyim, o da bir vəzifəli şəxsə nəsə desin. Lazım deyil belə şeylər. Kimdənsə asılı olmaq mənlik deyil.

Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, 5 min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?”

Şərhlər

Molla Nəsrəddin 2025-05-19 20:01:30

Başını qoy.......

surxay 2025-05-17 11:26:21

390 manat pensiya alanlardan borc istəsin.Bundan asan nə var ki...

Roma 2025-05-17 10:07:56

Mən Səyyad Arana haqq qazandırıram, belə ki, Səyyad müəllim gedib 20-30 minlik maşın alarsa, həmkarlarının gülüş hədəfinə dönər, ona 100-150 minlik maşın lazımdır ki, onlardan fərqlənməsin...

rr 2025-05-17 09:44:00

derdeee derd

Vahid 2025-05-17 00:26:34

Çox kövrəldim. Lap oturub hönkür-hönkür ağladım..... Riyakarsan Salahov. İstəsən anında son model Qalenvagen alarsan heç ud da deməzsən. Maşının yoxdu çünki sürməyi öyrənə bilmədin. Jurnalist həmkarların bir araşdırsalar bəlli olar ki, sənin oğlanlarına birgə nə əvər var dövlətin var. 1993-cü ildə YAP a gələndə bitindən cin hürkürdü....

Tahir 2025-05-16 17:07:39

Sıravi deputatların maaşları da 43% artırılıb. Belə ki, iki il əvvələ qədər 1732.5 AZN əmək haqqı alan deputatın maaşı 2022-ci ildən sonra 2485 manat olub. Bu məbləğin üzərinə vəzifə maaşının iki misli məbləğində vəzifə əlavəni gələndə isə onların gəlirləri 7455 manata yüksəlib.
https://musavat.com/news/yeni-deputatlarin-alacagi-maas-bilindi-mebleg_1099562.html


P.S. S.Aran da ağlasın 7455 manatla 400 man alan sıravi vətəndaşda.

Azər 2025-05-16 16:16:31

Yəqin ,köməkçisi bundan çox maaş alır ki, onun maşını var... Utanmasan danışmağa nə var ki...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol