Menu

“Qızıl Qübbə” HHM sistemi ABŞ-yə 175 milyard dollara başa gələcək

21.05.2025, 07:35
“Qızıl Qübbə” HHM sistemi ABŞ-yə 175 milyard dollara başa gələcək

Yeni Hava Hücumundan Müdafiə Sistemi olan "Qızıl Qübbə" ABŞ-yə təxminən 175 milyard dollara başa gələcək.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O həmçinin bu sistemin ikinci prezidentlik dövrü bitmədən istifadəyə verilməsinin gözlənildiyini qeyd edib.

“Hər şey tamamlandıqdan sonra ümumi dəyər olaraq 175 milyard dollarından danışırıq. “Qızıl Qübbə” layihəsi bizim mövcud müdafiə imkanlarımızla inteqrasiya ediləcək və mənim səlahiyyət müddətimin sonuna qədər tam fəaliyyət göstərməlidir”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol