Menu

AGENTLİKDƏ YENİ TƏYİNAT - Habil Alıyevə vəzifə verildi

24.05.2025, 21:00
AGENTLİKDƏ YENİ TƏYİNAT - Habil Alıyevə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialına yeni təyinat olub. 

"AzPolitika" xəbər verir ki, bu vəzifəyə Habil Alıyev təyin edilib. O, bundan əvvəl Agentliyin Şirvan-Salyan Regional Məşğulluq Filialının müdiri vəzifəsində çalışıb .

Məlumata görə, Habil Alıyev Dövlət Məşğulluq Agentliyində müəyyən idarəçilik təcrübəsinə malikdir. Şirvan-Salyan Regional Filialına rəhbərlik etdiyi dövrdə o, Neftçala və Hacıqabul rayonlarında əmək yarmarkalarının təşkilinə rəhbərlik edib.

Bundan əlavə, Habil Alıyev Biləsuvar rayonunda peşə hazırlığı kurslarının təşkilində də iştirak edib. 

Habil Alıyevin Bakı şəhərində işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması, peşə hazırlığı və təlim proqramlarının genişləndirilməsi istiqamətində necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək.

AzPolitika. info


Şərhlər

Kənan Musayev 2026-10-23 12:19:06

Ürəyiaçıq, xalqatərəf insandır, minlərlə sakinə iş tapmaqda kömək edib, uğurlar olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol