Menu

"Möhtəşəm qələbə qazandıq" - Azərbaycan minifutbol millisinin baş məşqçisi

29.05.2025, 22:52
"Möhtəşəm qələbə qazandıq" - Azərbaycan minifutbol millisinin baş məşqçisi

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev İngiltərə üzərində qələbə qazanaraq dünya çempionatında yarımfinala yüksəldikləri oyunu şərh edib.

“Report” xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.

O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb: "Möhtəşəm qələbə qazandıq. Bizə dəstək olan hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Çətin oyun oldu. Yarımfinalda Monteneqro ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin görüşdə də qələbə qazanıb, finala adlayacağıq".

Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol