Menu

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq

30.05.2025, 15:07
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.

“AzPolitika” xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.

Görüş saat 20:00-da start götürəcək.

Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21:30-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol