Menu

AZƏRBAYCAN MİNİFUTBOL MİLLİSİ FİNALA YÜKSƏLDİ

30.05.2025, 21:09
AZƏRBAYCAN MİNİFUTBOL MİLLİSİ FİNALA YÜKSƏLDİ

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

“AzPolitika” xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.

Qeyd edək ki, Azərbaycan həlledici mərhələdə Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol