ABŞ-də Hökumətin Səmərəliliyi Departamendindəki vəzifəsindən ayrılan amerikalı milyarder İlon Mask Ağ Evdə keçirilən vida toplantısında sağ gözündəki morluqla diqqət çəkib.
Belə ki, Oval Ofisdə təşkil olunan mətbuat konfransında Maskın sağ göz çuxurunun şişməsi və morarması açıq şəkildə görünüb.
Jurnalistlərin bu barədə verdiyi sualı cavablandıran Mask, səbəbin beş yaşlı oğlu "X" ilə zarafatlaşarkən baş verdiyini deyib: “Kiçik X ilə oynayırdıq. Dedim, vur üzümə, o da həqiqətən vurdu” – deyə Musk, gülümsəyərək cavab verib.
Donald Tramp isə zarafatyana “X etdi? Onu tanısaydınız, edə biləcəyini bilərdiniz” – deyərək gülümsəyib.
Qeyd edək ki,mətbuat konfransından əvvəl “New York Times”da yayımlanan bir xəbərdə İlon Maskın ketamin, ekstazi və halüsinojen kimi nqrkotik tərkibli psixoterapevt maddələri mütəmadi istifadə etdiyi iddia olunub.
Xatırladaq ki, Mask daha əvvəl verdiyi müsahibələrdən birində ketamin qəbul etdiyini etiraf etmişdi.
"AzPolitika.info"
OMG! Elon musk is so high it looks like he’s hallucinating! pic.twitter.com/37wAeqgEGw

Şərhlər
Xalqın qazisinin, şəhid ailəsinin dərdi qalıb bir yana 10000 km uzaqda dünyanın ən varlı adamının gözünə nə olub onun dərdini çəkməkdəsiniz Sanki Mask yetimin pulu çatmayacaq ki, həkimə gedib gözünə baxırsınız. Nağayraq? Bəlkə ona da bir müalicə üçün pul yığma kompaniyası keçirək ki, ölkəmizdəki 300manat pensiya alanlar ona pul köməyi etsin?! Hey..