Menu

Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün klublar dəqiqləşib

31.05.2025, 22:12
Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün klublar dəqiqləşib

2025/2026 mövsümündə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün komandalar dəqiqləşib.

"Report"un məlumatına görə, bu, bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyunundan sonra bəlli olub.

Həlledici matçda rəqibini üstələyən (3:2) "Sabah" UEFA Avropa Liqasına vəsiqə qazanıb.

Misli Premyer Liqasının qalibi olan "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Digər avrokubok iştirakçıları, "Zirə" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol