Menu

Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb – Ukrayna dronları enerji obyektlərini vurub

03.06.2025, 12:02
Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb – Ukrayna dronları enerji obyektlərini vurub

Rusiyanın nəzarəti altında olan Ukraynanın Zaporojye və Xerson vilayətlərində 700 min nəfər işıqsız qalıb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə bölgədə yaradılmış rusiyapərəst administrasiyanın nümayəndələri məlumat yayıb.

Məlumata görə, elektrik enerjisinin kəsilməsinə Ukrayna dronlarının enerji infrastrukturuna hücumu səbəb olub. Bildirilir ki, zərbələr yüksək gərginlikli avadanlıqlara və elektrik yarımstansiyalarına endirilib.

Zaporojye vilayətində 457 yaşayış məntəqəsi işıqsız qalıb. Bu bölgədə təxminən 600 min insan yaşayır. Xerson vilayətində isə elektrik enerjisi 150 yaşayış məntəqəsində kəsilib — burada 100 minə yaxın əhali qeydiyyatdadır.

Ukrayna tərəfi hücumlarla bağlı hələlik heç bir rəsmi şərh verməyib.

Hadisə Rusiyanın və Ukraynanın iştirakı ilə 2 iyun 2025-ci il tarixində İstanbulun Çırağan sarayında keçirilən növbəti sülh danışıqları fonunda baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol