Menu

Abşeronda qadın 3 kq narkotiklə tutulub - VİDEO

03.06.2025, 15:48
Abşeronda qadın 3 kq narkotiklə tutulub - VİDEO

Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol