Menu

Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlanıb

04.06.2025, 16:31
Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlanıb

Hazırda Azərbaycanda qeydiyyatda 1 042 narkotik asılılığı olan qadın var.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov deyib.

Onun sözlərinə görə, bu il may ayının 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 41 min 231 narkotik asılılığı olan şəxs qeydiyyatdadır:

"Narkotik vasitələrə qarşı psixoloji asılılıq ilkin mərhələdə, fiziki asılılıq isə adətən 2-3 həftəlik istifadədən sonra yaranır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol