Menu

PENSİYALARIN ARTIM FAİZİ AÇIQLANDI - 231 milyon manat daha çox vəsait xərclənib

09.06.2025, 15:08
PENSİYALARIN ARTIM FAİZİ AÇIQLANDI - 231 milyon manat daha çox vəsait xərclənib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib.

“AzPolitika” xəbər verir ki, bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.

2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir.

Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşdu. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc, bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10 faizlik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur – yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb.

Şərhlər

Инзиват 2025-06-10 19:05:55

ПОТомучто не хотят чтоб народ жил почеловечски

ƏNHU 2025-06-10 02:43:49

Keçən ilin noyabr ayından buniar pensiyalar artacaq deyib milləti aldada-aldata ta bu günə qədər gətirdlər. Artım olacağı haqda elə bu Azpolitika saytında ən azı 5 məqalə gedib və onların hamısını arxivimdə saxlayıram. Hələ o vaxt yazıların şərh bölməsində də yazmışam ki, bunlar yalan danışır və camaatın başının altına yastıq qoyurlar ki, heç kim bahalaşmadan danışmasın, bəs büş-üç günə pensiyalar artırılacaq. Həmin 5-3 gün 5-6 ay oldu. Hələ də bir xəbər yoxdur və inanın ki,olmayacaq da. Artım olsa-olsa bir də gələn ilin fevral ayında olacaq. Sadəcə bunlara belə tapşırılıb ki, ilin axırına qədər millətin başını birtəhər tovlayın. Dabbaqdakı gönünüzə lənət olsu.

Pensiyaçı 2025-06-09 19:06:18

Məlumatlar əsasən Azərbaycanda yaşa görə əmək pensiyası Avropadan 15-20 dəfə aşağıdır.Səbəb? Axı Azərbaycanda resurs kifayət qədər var ! Bilmək maraqlıdır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol