Suriyadan Azərbaycana gətirilən 13 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, onlardan 9-u uşaq, 1-i kişi, 3-ü isə qadındır. Repatriasiya olunmuş şəxslərlə sosial xidmət müəssisəsində ilkin tibbi, sosial-psixoloji dəstək işləri aparılıb.
Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndirilib. Hazırda hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında sosial-psixoloji dəstək tədbirləri həyata keçirilir.
Repatriantların sosial reabilitasiyası onların öz mənşə ailələrində digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.
Sosial Xidmətlər Agentliyi tərəfindən son illərdə 550-yə yaxın repatriant sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib.


Şərhlər
Bunar da yeziddirlər?