“Əhalimizin sayının artması ilə bərabər onun "qocalması" baş verir. Bu tendensiya dünyada müşahidə edilir və hökumətlərin başağrısına çevrilməkdədir. Artıq Azərbaycan da neçə illərdir analoji problemlə üzləşib. Əhalinin yaş qrupuna baxsaq görərik ki, gənclərin, xüsusən də uşaqların payı əhəmiyyətli dərəcədə azalır və bu, artıq tendensiya halını alıb”.
“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.
“Təsəvvür edin 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb. Yəni əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir”, - o, əlavə edib.
Ekspert vurğulayır ki, məsələ burasındadır ki, azalma təkcə xüsusi çəkidə baş vermir, həm də sayda müşahidə edilir: “1990-cı ildə bu yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər olduğu halda 2023-cü ilə qədər olan dövrdə 5.3% azalaraq 2 milyon 633 min nəfərə düşüb. Azalma daha çox qız uşaqları hesabına baş verib. Oğlan uşaqları 1,8%, qız uşaqları isə 9% azalıb”.
S.Əliyevin sözlərinə görə, bunun səbəbi ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsidir. O, xatırladır ki, 1990-cı ildə bu əmsal 2,8 olduğu halda hazırda 1,6-ya düşüb.
“Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 civarında dəyib. Məlumat üçün bildirim ki, ümumi nəsilvermə (fertillik) əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir”, - iqtisadçı vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
ola bilmez) siyavush deyir, az.,da ushaq cox doqulur oa qöre ushaq pulu verilmir)
Azalmanın əsas səbəbi həyaltn.yaşamın günü-gündən bahaaşdırılması.işsizlik.,dolanışıq çətinliyivə s.probrmlədir.Əvvəlagənclər zamannda evlənə bilmir.Dlanışıqçətinliyindn ailələrə1 ın yaxşıhada 2 uşaq doğulur.Boanmalarn sayı durnadan artır. bahaçılıqnormal həyatamane olur.Hakimiyyətin vziyyətin normal hala salınması üçün fəaliyyəti görünmür.işsizlik.az maaş və dolanacaq bahaçlığı əsas səbəb kimi öndədir.
Soydaşlarımız 1987ci ildən 20.09.2023 tarixinədək hər gün, ya mütəmadi Ermənistanın və öz əski DQMV sovetinin xarici emissarlar da daxili *separat* millətçilərinin hərbi genosidinə məruz qalmaqla ötən 36 il SSRİ dövlətinin, sonrakı RF, MDB və BMT TŞnın təhlükəsizlik tədbirlərini gözləməklə ümumxalq məsləkinə çıxmayıb, Zəfərlə genofondu da itirmişik? Gərəksə, yenə ümumxalq məsləhəti faydalı ola bilər?
Azerbaycanda sosıal felaketden yaranıb bu durum.zelıl qalacaq bu xaraba