Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Bu haqda “Oxu.Az”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma çərçivəsində müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.
Xatırladaq ki, mayın 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin ibtidai sinif müəlliminin 1-ci sinif şagirdlərinin ağzını “skoç”ladığını əks etdirən görüntüləri paylaşılmışdı.


Şərhlər
VALLAH müəllimlərmiz bizim qulağımızın dibinə elə qapazlar vururdu ki, gözümüzün önündə ulduzlar oynayırdı. Amma bu gün onları sevgi və minnətdarlıq hissi ilə xatırlayırıq. Deməyim odur ki, müəllim şagirdini cəzalandırar dəə. Axı, bunlar hamısı tərbiyə naminədir. Mən əminəm ki, bu şagird də gələcəkdə digər müəllimlərindən fərqli oilaraq, məhz onu cəzalandıran müəllimini daha dərin ehtiramla xatırlayacaq.