İran İsrailə qarşı növbəti zərbələr dalğasına başlayıb. Bu haqda “Fars” agentliyi məlumat yayıb. 

İsrail radiosunun məlumatına görə, İranın göndərdiyi raketlərin beşinci dalğası Tel-Əvivə düşməyə başlayıb.

Radio həmçinin beşinci dalğanın bütün İsraili hədəf aldığını bildirib. İsrailin şimalında, mərkəzində və cənubunda partlayış səsləri eşidilib.

İsrail ordusu m'lumatı təsdiqləyib və əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb.

Qeyd edək ki, İranın buna qədər vurduğu zərbələr nəticəsində ilkin məlumat görə, azı 4 nəfər həlak oub, 70-dən çox insan isə yaralanıb.

Bildirilib ki, yaralı və ölü sayının artmasına səbəb bu gün səhər İsrailin mərkəzi hissəsində yaşayış evinə raket düşməsidir.

CNN-nin özəl mənbələrdən məlumatına görə, İran İsrailə qarşı hücumlarını artıracaq və onu müdafiə edən istənilən ölkənin Yaxın Şərq bazalarına zərbələr endirəcək.

İran Müdafiə Nazirliyinin məlumatına görə, Təl-Əvivdə yerləşən hərbi bazalar, Müdafiə və Milli Təhlükəsizlik Nazirliklərinin binaları hədəf alınıb və “dəqiq zərbələrlə” vurulub.

İran tərəfi qeyd edir ki, hücumlar mərhələli şəkildə həyata keçirilib, 4 hücum dalğası olub;

-Zərbələr 150-dən çox hədəfə, o cümlədən F-35, F-16 və F-15 qırıcılarının, tankerlərin və nəqliyyat təyyarələrinin yerləşdiyi hava bazalarına endirilib;

-Hərbi mərkəzlər və hərbi sənaye obyektləri hücuma məruz qalıb;

-Raketlər Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasına iki dəfə düşüb.

***

İran İsrail ərazisinə qarşı yeni raket hücumu həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“İMQ müəyyən edib ki, İrandan İsrail Dövlətinin ərazisinə doğru raketlər buraxılıb. Müdafiə sistemləri təhdidləri qabaqlamaq üçün işləyir”, – məlumatda qeyd olunub.

Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb.

“Siz <...> növbəti bildirişə qədər orada qalmalısınız. Sığınacaqlardan çıxmağa yalnız konkret göstərişlər alındıqdan sonra icazə veriləcək”, – ordunun mətbuat xidməti vurğulayıb.