İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Hüseyn Mafi hadisə yerindən IRINN-in canlı yayımında bildirib.
“İnsanlardan bir evdə şübhəli şəxslərin hərəkət etdiyinə dair məlumat aldıq. Dərhal kəşfiyyat və hüquq-mühafizə qüvvələri evə daxil olaraq çoxlu sayda dron, kamikadze pilotsuz uçan aparat və evdə hazırlanmış bomba aşkar edərək müsadirə etdilər”, – polis rəisi açıqlayıb.
Onun sözlərinə görə, aşkar edilmiş partlayıcı maddələrin çəkisi 200 kq-dən çox olub. O həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının aşkarlandığını vurğulayıb.


Şərhlər
Bu dron sexi də elə 1987ci ildən vətəndaşlarımıza, dövlətimizə qarşı *separat* (guya görünməz?) dağıdıcı fəaliyyətin, vasitələrin əldə edilməsi və tətbiqinə bənzəmirmi? Guya nə Bakı, nə Kremlin saysız Milis, DTX, Hərbi, ya digər dövlət qurumları yerli erməni-ya azəri vətəndaşları 1987ci ildən Motorlu-atıcı 366cı hissənin Ağamyanın istifadəsində olduğunu 1993cü ilə qədər görmürlərmiş?