Menu

Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olundu

16.06.2025, 21:46
Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olundu

Rusiya, Belarus, İspaniya və digər ölkələrin vətəndaşları kiçik qruplar şəklində "Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

"Report”un məlumatına görə, təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.

Bu gün axşama doğru intensivlik müşahidə olunur. Qeyd edək ki, təxliyə edilənlər ölkələrinə qayıtmaları üçün avtobuslarla hava limanına aparılır. Hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol