Menu

"Sabah"ın Avroliqadakı rəqibi bəlli oldu

17.06.2025, 18:12
"Sabah"ın Avroliqadakı rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah”ın da rəqibi bəlli olub.

Püşkatma zamanı səpələnməmişlər səbətində yer alan "Sabah” Sloveniyanın "Selye” klubuna rəqib olub.

Qeyd edək ki, "Sabah” ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Avropa Liqası

I təsnifat mərhələsi

"Şaxtyor" (Donetsk, Ukrayna) - "İlves" (Finlandiya)

"Şerif” (Moldova) - "Priştina" (Kosovo)

"Spartak" (Trnava, Slovakiya) - "Hakken" (İsveç)

"Sabah" (Azərbaycan) - "Selye" (Sloveniya)

"Legiya” (Polşa) - "Aktobe" (Qazaxıstan)

AEK (Larnaka, Kipr) - "Partizan” (Serbiya)

"Paksi" (Macarıstan) - ÇFR (Rumıniya)

"Levski" (Sofiya, Bolqarıstan) - "Hapoel" (İsrail)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol