Menu

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 20-ni keçib

18.06.2025, 09:09
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 20-ni keçib

Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ən azı 21 nəfər həlak olub.

Bu barədə “Report” Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Bildirilib ki, ötən gecə Kiyevin Solomenski rayonunda doqquzmərtəbəli binanın dağıntıları altından daha beş nəfərin meyiti çıxarılıb.

Ukrayna paytaxtında baş verən hadisə nəticəsində 21 nəfər ölüb, 134 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol