ABŞ Prezidenti Donald Tramp ölkəsinin Yaxın Şərqdə yeni uzunmüddətli və qısamüddətli silahlı münaqişəyə cəlb olunmasını istəmir.
"Report" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə İsrailin İrana qarşı hərbi əməliyyatını şərh edərkən jurnalistlərə deyib.
"Mən yalnız bir şey istəyirəm: İranın nüvə silahı ola bilməz. 20 ildir bunu deyirəm. Bu qədər", - Tramp Vaşinqtonun Yaxın Şərqdə yeni uzunmüddətli münaqişəyə cəlb olunması perspektivlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, İran nüvə silahı yaratsaydı, ondan amerikalılara və digər insanlara qarşı istifadə edərdi və bütün dünya dəhşət içində olardı.
Tramp, eyni zamanda etiraf edib ki, bəzi insanlar ABŞ-nin İrana qarşı əməliyyatın keçirilməsində İsrailə göstərdiyi yardımdan narazıdır.


Şərhlər
Əslində bu belə deyil,anqlo-sakslar tərəfindən hazırlanmış plandır,demokratlar rusyaya respublikaçılar isə irana və çinə qarşı mübarizə aparmalıdırlar,bu siyasətdə tam görünən tərəfdir,bir sözlə anqlo-saklara aid olan dövlətlərin xarici ,iqtisadi, silah sənayesi bir mərkəzdən idarə olunur,üstəlik avropa dövlətlərinidə nato sonradan iqtisadi birlik altında özlərindən tam aslı vəziyyətdə saxlayırlar.