Menu

Gənclər Fondunun icraçı direktoru niyə işdən çıxarılıb? - İDDİA

23.06.2025, 16:09
Gənclər Fondunun icraçı direktoru niyə  işdən çıxarılıb? - İDDİA

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəll Gənclər Fondunun icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Qədir Xəlilov tutduğu vəzifədən azad edilib.

Qədir Xəlilov özü də modern.az-a açıqlamasında məlumatı təsdiqləyib. 

"Gənclər Fondunda 6 il davam edən yolumun sonuna çatdım. Artıq özümü başqa sahədə sınamağın vaxtıdır", - deyə o, bildirib.

"AzPolitika"-ya daxil olan məlumata görə isə, Qədir Xəlilov tutduğu vəzifədən azad edilməsinə səbəb Gənclər Fonduna ayrılan vəsaitlərin təyinatından kənar xərclənməsinin müəyyən edilməsi olub. Bəzi mənbələr Fondun vəsaitlərinin mənimsənilməsinə dair şübhələrin  olduğunu, araşdırmaların aparıldığını iddia edir. 

İddialarla bağlı Qədir Xəlilovun da mövqeyini dərc etməyə hazırıq. 

""AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol