Amerika lideri Donald Tramp hələlik İran ərazisinə yeni zərbələr planlaşdırmır.
Bu haqda CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Vaşinqtonun İranın üç nüvə obyektinə zərbə endirdikdən sonra Tehranın danışıqlar masasına qayıtmağa və bu müharibəyə son qoymağa razılaşacağını gözləyir.
"AzPolitika" xatırladır ki, Treamo bütün təyyarələr artıq İran hava məkanından kənarda olduğunu və ABŞ-yə qayıtdığını bildirib: "Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır!"

Şərhlər
Dünyanı qarışdıran ABŞ -dlr,Yaponiyaya dinc ehalinin üzerine Atom bombası atan da odur pzünü "Sülh Göyerçini" gösteren de.