Qapıçı transferini gerçəkləşdirməyə çalışan Türkiyənin “Qalatasaray” klubu Fransanın “Lion” klubunun braziliyalı qapıçısı Lukas Perri ilə razılığa gəlib. 

Bu barədə "beIN SPORTS" müxbiri Nezih Akşener məlumat verib.

Məlumata görə, sarı-qırmızılılar əsas diqqəti hələlik Petroviç transferinə yönəltsə də, eyni zamanda Perri ilə də danışıqları paralel şəkildə davam etdirir.

Futbolçu tərəfi artıq “Qalatasaray”-a keçmək istədiyini və şəxsi şərtləri qəbul etdiyini klub rəhbərliyinə bildirib. Hazırda İstanbul klubu “Lion” ilə sərbəst qalma məbləği üzrə danışıqlar aparır.

Qeyd edək ki, Lukas Perri 3,25 milyon avroya “Botafogo”-dan “Lion”-a transfer olunmuşdu. Braziliyalı qapıçı ötən mövsüm 45 oyunda 4080 dəqiqə meydanda olub.

"AzPolitika.info"