Ermənistandakı siyasi gərginlik, kilsə-hökumət qarşıdurması, həbslər və s. parlamentə də sıçrayıb.
“AzPolitika” xəbər verir ki, iyulun 8-də Ermənistan parlamentində baş verən davanın yeni görüntüləri yayılıb. Erməni mediasının yazdığına görə, videoda hakim “Mülki Müqavilə” partiyasının və “Ermənistan” blokunun deputatlarının bir-biri ilə vuruşması əks olunub.
Qeyd edək ki, dava “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyanın toxunulmazlıqdan məhrum edilməsi məsələsi müzakirə olunarkən baş verib.
Sarqsyan çıxışında Ermənistanda demokratiyanın olmadığını iddia edib, özünü “yaxşı erməni” adlandırıb və “xeyrin şəri mütləq məğlub edəcəyi”nə and içib. O, bugünkü fəaliyyətindən və qərarlarından peşman olmadığını bildirib.
A. Sarkisyan çıxışından sonra heç bir suala cavab vermək istəməyib. O, vaxt itirmək fikrində olmadığını, parlamentin artıq öz qərarını verdiyini, onu toxunulmazlıqdan məhrum edəcəyini bildirib. Sarqsyan çıxışının sonunda tərəfdar deputatları da zalı tərk etməyə çağırıb.
Bundan sonra parlamentdə vəziyyət gərginləşib və deputatlar bir-birinə yumruq atmağa başlayıblar.
Hadisəyə Koçaryan blokunun mühafizəçiləri, o cümlədən bir vaxtlar “CIVIC” jurnalistinə hücumu ilə tanınan Levon Koçaryanın şəxsi mühafizəçisi də müdaxilə edib.
Mübahisə zamanı müxalifətçi deputat Artur Sarkisyan hakjim partiyanın deputatını “Türk” adlandırıb. Ardınca deputatlar bir-birini “boynunu sındırmaqla” hədələyib.
Görüntülərdə hakim partiyanın deputatları Tiqran Parsilyan və Aren Mkrtçyanın “Ermənistan” blokunun deputatı Qeqam Manukyanı vurması əks olunub. “Ermənistan bloku” fraksiyasının katibi Artsvik Minasyan da zərbələr alıb.
“AzPolitika.info”

Şərhlər