Menu

Daha bir erməni oliqarx istintaqa çağırıldı

08.07.2025, 16:04
Daha bir erməni oliqarx istintaqa çağırıldı

“Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Tsarukyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, onun hansı səbəbdən və hansı statusla istintaqa çağırıldığı hələlik məlum deyil.

Tsarukyan 2020-ci ilə qədər Ermənistan parlamentinin üzvü olub. 2004-cü ildən o, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edib. Mayın sonunda Tsarukyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirakının mümkünlüyünü istisna etməyib və “Ermənistanın təklifi” adlı təşəbbüslə çıxış edib.

Qeyd edək ki, bundan öncə digər erməni oliqarx, milyarder Samvel Karapetyan həbs edilib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol