Menu

HİDAYƏT ORUCOVUN QIZI VƏZİFƏDƏN AZAD EDİLDİ - Yeni təyinatlar + FOTO

10.07.2025, 21:20
HİDAYƏT ORUCOVUN QIZI VƏZİFƏDƏN AZAD EDİLDİ - Yeni təyinatlar + FOTO

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib.

Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, İqtisadiyyat və Humanitar Kollecin direktoru Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri, 2012-2021-ci illərdə Azərbaycanın Qırğıstanda səfiri olmuş Hidayət Orucovun qızı,  filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova idi. Səhər Orucova həm də "Folklorşünaslıq" jurnalının təsisçisidir.

"AzPolitika.info"

Şərhlər

Oxucu 2025-07-21 12:36:56

Hamını işdən azad edirlər, bəs nə üçün uzun müddət Şəki İcra Hakimiyyətinin başçısı vəzifəsində "işləyən" elxan Usubovu işdən azad etmirlər? Şəki İcra Hakimiyyəti və Şəki Bələdiyyəsi "Qocalar evini" xatırladır!

Seymur 2025-07-11 20:58:46

Qadina vezife olmaz! muelimliye ise (texniki fenler uzre) hec

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol