Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"AzPolitika" xəbər verir ki, nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələrinin bağlanması bu gün gündəmdə deyiil.
“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Ölkədə bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, - nazir qeyd edib.
Nazir dolaysı ilə rus bölmələrində təhsilin keyfiyyətinin aşağı olmasının səbəbinə də toxunub.
“Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürürük, çünki başqası yoxdur”, - deyə, nazir əlavə edib.

Şərhlər
Emin Əmrullayev müəllim,rus dilli xalqların yaşadığı yerdə rus dilində tədrisin təşkilini təmin etməyinizi başa düşdük
Bəs rus dilli xalqların yaşamadığı yerdə rusdilli məktəblərə nə ehtiyac var?
ÖZÜNÜZ AZƏRBAYCAN DİLİNDƏ OXUYAN MÜƏLLİM VƏ TƏLƏBƏLƏRƏ ALİ MƏKTƏBLƏRƏ VƏ İŞƏ QƏBULDA HAQSIZLIQ EDİLDİYİNİ TƏSDİQ EDİRSİNİZ.50, 60 BALLA RUS MƏKTƏBLƏRİNƏ RUS DİLLİLƏR RAHATLIQLA QƏBUL OLUNUR ÖZ XALQIMIZ İSƏ ƏZİYYƏT ÇƏKİR İŞSİZ QALIR.ALİ MƏKTƏBLƏRƏ QƏBULDA DA RUS DİLLİLƏRƏ HAQSIZ ÜSTÜNLÜK SAXLAYIRSINIZ.DÜNYANIN HAÇ BİR YERİNDƏ BELƏ BİABIRÇILIQ YOXDUR.