Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 14-də işgüzar səfərlə Brüsselə yola düşüb.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində bu gün Paşinyanın Avropa İttifaqı Şurasının yeni sədri Antoniu Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə üçtərəfli görüş keçirəcəyi gözlənilir.
Bundan əlavə, Paşinyanın Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Veber ilə də görüşləri planlaşdırılıb.
Hazırda səfərin gündəliyi və məzmunu ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
“AzPolitika.info”


Şərhlər