ABŞ Prezidenti Donald Tramp sosial media hesabından keçmiş prezident Barak Obamanın saxlanıldığını göstərən süni intellektlə hazırlanmış saxta bir video paylaşıb.
Trampın "Truth Social" media hesabından yayımlanan təxminən 45 saniyəlik video Obamanın FBI agentləri tərəfindən Oval Ofisdə zorla saxlanılması və həbsxanaya salınması səhnələrini əks etdirir. Videoda həmçinin, Obamanın “Heç kəs qanunların üstündə deyil” sözləri, eləcə də Prezident Co Bayden və Konqres rəhbəri Nensi Pelosinin oxşar bəyanatları yer alıb.
Video boyunca Tramp mitinqlərinin məşhur mahnısı “YMCA” səslənir. Sonda Obamanın narıncı rəngli həbsxana paltarı ilə barmaqlıqlar arxasında olduğu göstərilir.
Donald Trampın bu videonu paylaşması "Ceffrey Epşteyin işi" ilə bağlı sənədlərdə onun adının hallanmağa başlamasından sonra diqqəti başqa istiqamətə yönəltmək cəhdi kimi də qiymətləndirilib.
"AzPolitika.info"

Şərhlər
Demək olar ki, hamı görür amma heç kim inana bilmir ki, Amerika seçiciləri özlərinə belə bir bambılını prezident seçərmişlər. Ona görə də demək olar ki, hər gün bu bambılının bambılılıqlarına rəğmən "yəqin bunun arxasında nəsə bir siyasət var?" deyə düşünürlər. Amma hər şey göründüyü kimidir. Bu bir bambılıdır, vəssalam.