Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib.
Təltif olunanlar arasında “AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli də var.
Prezidentin Sərəncamı ilə E.Məhərrəmli Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.


Şərhlər
Mən də çox şad oldum. Qardaş Allah Sizi qorusun!
Elnur müəllimi ürəkdən təbrik edirik!
Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə Azpolitikanın bütün yaradıcı heyətini ayrı-ayrılıqda, adbaad səmimi qəlbdən təbrik edirəm. Cəmiyyətin saflaşdırılması uğrunda apardığınız mübarizədə sizlərə dönməzlik və uğur, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram. Eləcə də baş redaktor çox-çox hörmətli Elnur Məhərrəmlinin "Tərəqqi" medalı ilə təltif edilməsinin sevincinə qoşuluram.