Menu

Rusiyada 45 dəqiqə ərzində beş zəlzələ baş verib

21.07.2025, 23:24
Rusiyada 45 dəqiqə ərzində beş zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarında cəmi 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ qeydə alınıb.

APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələlərin maqnitudası 5,3; 5,2; 5,1 və iki halda 4,8 bal təşkil edib.

Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol