Menu

"ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır" - Tramp

22.07.2025, 08:58
"ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır" - Tramp

ABŞ lazım gələrsə İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.

“Report” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın XİN rəhbəri Abbas Araqçının əvvəlki hücumdan sonra ciddi ziyan dəyməsi ilə bağlı açıqlamalarından sonra deyib.

“Xarici işlər naziri Abbas Araqçı İranın nüvə obyektləri ilə bağlı: “Zərər çox ağırdır, onlar məhv edilib”. Təbii ki, mən belə dedim və lazım gələrsə, yenə də edəcəyik!”,- Ağ Evin rəhbəri Truth Social-da yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol